×
A
A
A
Sazlamalar

Azərbaycanın gənc sərbəst güləşçiləri Yaponiyada təlim-məşq toplanışını davam etdirirlər

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycanın gənc sərbəst güləşçiləri Yaponiyada təlim-məşq toplanışını davam etdirirlər.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, iyulun 7-dən gündoğar ölkədə olan millimiz bu ayın 17-dək yerli komanda ilə birgə hazırlıq prosesini davam etdirəcək. Məşqçilər Arif Abdullayev və Nazim Əlicanovun rəhbərliyi ilə Komatsu şəhərində keçən toplanışda yığmamızın üzvləri fiziki çalışmalarla yanaşı, taktiki-texniki hazırlıq üzərində də işləyirlər.
Komandamız Komatsuda yüksək qonaqpərvərliklə qarşılanıb. İlk gündən böyük diqqət göstərilən güləşçilərimizin şərəfinə şəhər merinin təşəbbüsü ilə ziyafət təşkil edilib.

 

İdman 2019-07-13 13:27:00