×
A
A
A
Sazlamalar

Uimbldon-2019: Serb tennisçi Novak Cokoviç finala yüksəlib

Bakı, 12 iyul, Nicat Məmmədov, AZƏRTAC

İyulun 12-də Londonda “Böyük dəbilqə” seriyasından olan Uimbldon tennis turnirinin yarımfinal mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, ilk yarımfinalda ATP reytinqində birinci yeri tutan serbiyalı Novak Çokoviçlə ispaniyalı Roberto Bautistu-Aquta qarşılaşıb. İki saat 48 dəqiqə davam edən görüş 32 yaşlı serbiyalı tennisçinin xeyrinə başa çatıb - 3:1 (6:2, 4:6, 6:3, 6:2).
İkinci yarımfinalda ispaniyalı Rafael Nadal ilə isveçrəli Rocer Federer qarşılaşacaq.
Turnirin ümumi mükafat fondu 49,33 milyon dollardır.

İdman 2019-07-12 22:13:00