×
A
A
A
Sazlamalar

“Ömürboyu təhsil və liderlik” mövzusunda V beynəlxalq elmi konfransa yekun vurulub

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad (UNEC) və Türkiyənin Sakarya universitetlərinin birgə təşkilatçılığı ilə keçirilən “Ömürboyu təhsil və liderlik” mövzusunda V beynəlxalq elmi konfransa yekun vurulub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, beynəlxalq elmi konfransın bağlanış mərasimində növbəti ildə konfransın İtaliyada keçirilməsinə qərar verilib.
Tədbirdə UNEC-in rektoru adından konfransın koordinatoruna və plenarçılara hədiyyələr təqdim edilib. Sonra Türkiyənin Afyokarahisar Universiteti Konservatoriyasının solisti Berna Öztürk və pianoçu Natiq Hacıyevin ifasında konsert olub.
Qırxa yaxın ölkədən 250-dək təhsil və elm adamının iştirak etdiyi konfrans çərçivəsində iştirakçılar üçün şəhər turu təşkil olunub.

Elm və təhsil 2019-07-12 20:30:00