×
A
A
A
Sazlamalar

Bu gün “Formula 1” üzrə Böyük Britaniya Qran-prisi start götürəcək

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 12-də “Formula 1” üzrə Böyük Britaniya Qran-prisi start götürəcək.
AZƏRTAC xəbər verir ki, mövsümün onuncu yarışı Northemptonşir şəhərindəki “Silverstoun” trasında baş tutacaq. Yarışlar iki sərbəst yürüşlə start götürəcək.
İyulun 13-də üçüncü sərbəst yürüş və təsnifat mərhələsi olacaq. Proqram iyulun 14-də Bakı vaxtı ilə saat 17:10-da başlanacaq yarışla yekunlaşacaq.
Qeyd edək ki, Böyük Britaniya Qran-prisi ilk dəfə 1950-ci il mayın 13-də keçirilib. Bu, həm də “Formula 1” tarixinə birinci Qran-pri kimi düşüb. “Silverstoun” avtodromunun sxemi indiyədək 9 dəfə dəyişib. Tras çətin, yüksəksürətli və çoxlu cəld döngələrə malikdir.

İdman 2019-07-12 19:52:00