×
A
A
A
Sazlamalar

Yeniyetmə və gənc güləşçilər üçün AMADA-nın əməkdaşları tərəfindən seminar keçirilib

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan Güləş Federasiyası Azərbaycan Milli AntiDopinq Agentliyi (AMADA) ilə sıx əməkdaşlığı davam etdirir.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, əməkdaşlıq çərçivəsində AMADA-nın əməkdaşları güləşçilər üçün mütəmadi qaydada maarifləndirici seminarlar təşkil edirlər. Belə tədbirlərdən biri Olimpiya Güləş Mərkəzində baş tutub.
AMADA-nın təhsil və təlim, eləcə də tibb və elm menecerləri Lalə Hacıyeva və Leyla Qabulovanın keçdikləri seminarda yeniyetmə və gənc güləşçilərə dopinqə qarşı mübarizə, məkan məlumatları, istifadəsi qadağan olunmuş preparatlarla bağlı məlumat verilib, bukletlər paylanıb.
Sonra güləşçilərin mövzu ilə bağlı sualları cavablandırılıb, belə seminarların gələcəkdə də təşkilinin əhəmiyyəti vurğulanıb.

İdman 2019-07-12 14:00:00