Azərbaycanın 7 cüdoçusu Budapeştdə keçirilən Qran-Prinin birinci günündə mübarizəyə qoşulub
Bakı, 12 iyul, AZƏRTAC
İyulun 12-də Budapeştdə cüdo üzrə Qran-Pri turniri start götürüb.
AZƏRTAC xəbər verir ki, yarışların birinci günündə Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayıb. Altmış kiloqram çəki dərəcəsində yarışda Oruc Vəlizadə ilk görüşdə braziliyalı Felipe Elim, Kəramət Hüseynov avstriyalı Kimran Borçaşvili ilə qarşılaşacaqlar. İbrahim Əliyev (66 kq) argentinalı Tal Almoq ilə gücünü sınayacaq.
Qadınların yarışında 48 kiloqram çəki dərəcəsində mübarizəyə başlayacaq iki idmançımızın rəqibləri Avstriya təmsilçiləri olacaqlar. Aişə Qurbanlını Katarina Tanzer, Leyla Əliyevanı Liza Denq ilə qarşılaşmalar gözləyir. Gültac Məmmədəliyeva (52 kq) və İçinxorloo Munxtsedev (57 kq) isə avstraliyalı idmançıları sınağa çəkəcəklər. G.Məmmədəliyeva Tinka İston, İ.Munxtsedev Castin Bişop ilə qarşılaşacaqlar.
Budapeşt Qran-Prisində ölkəmizi 7 kişi, 5 qadın cüdoçu təmsil edir.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir