×
A
A
A
Sazlamalar

UEFA Avropa Liqası: “Səbail” və “Universitatea” komandalarının start heyətləri açıqlanıb

Bakı, 11 iyul, Nicat Məmmədov, AZƏRTAC

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində iyulun 11-də “Bayıl Arena”da keçiriləcək “Səbail” və “Universitatea” (Rumıniya) oyunu üçün komandaların start heyətləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, “Səbail” klubun 11-liyində Daniel Bojinovski, Elvin Yunuszadə, Şəhriyar Rəhimov, Urfan Abbasov, Eriko, Yevqeni Koçuk, Maykl Essien, Rahid Əmirquliyev, Bilal Həmdi, Mirabdulla Abbasov və Ağabala Ramazanov yer alıblar.
“Universitatea”nın heyətində isə meydana Mirko Pilyaçello, Renato Keliç, Boqdan Vetejolo, Mixay Roman, Aleksandru Matey, Nikuşor Banku, Kamer Caka, Antoniy İvanov, Kristian Berbuc, Stefan Aka və İvan Martiç çıxacaqlar.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu komandaların arasında cavab oyunu bir həftə sonra keçiriləcək.
Oyunu maltalı hakimlər briqadasına həvalə olunub. Baş hakim Fyodor Zammitə Dunkan Sultana və Teodore Zammit kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakim funksiyasını Mario Apap yerinə yetirəcək.
“Səbail” Rumıniya təmsilçisi ilə dueldən qalib ayrılarsa “Honved” (Budapeşt, Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

İdman 2019-07-11 19:04:00