×
A
A
A
Sazlamalar

Batumidə şahmat üzrə beynəlxalq festival başa çatıb

Bakı, 11 iyul, AZƏRTAC

Batumidə şahmat üzrə beynəlxalq festival başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçıları Rəvan Əliyev, Altay Eynullayev 5 xalla turnir cədvəlində 11 və 12-ci pillələrdə qərarlaşıblar. Digər təmsilçilərimiz Kənan Qarayev, Xəzər Babazadə, Fərid Mustafayev, Atilla Eynullayev 4,5, Elmar Atakişiyev 4, Ləman Hacıyeva 3 xal toplayıblar.
Turnirin qalibi 7 xalla gürcüstanlı idmançı Tornike Sanikidze olub.

İdman 2019-07-11 11:40:00