×
A
A
A
Sazlamalar

Sərbəst və qadın güləşçilərimiz İstanbulda Yaşar Doğu xatirə turnirində iştirak edəcəklər

Bakı, 10 iyul, AZƏRTAC

İyulun 11-dən 14-dək İstanbulda Yaşar Doğunun xatirəsinə həsr olunan sərbəst və qadın güləşi üzrə turnir keçiriləcək.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, 47-ci dəfə keçiriləcək yarışda ölkəmizi sərbəst güləşçilərimiz təmsil edəcəklər. Reytinq xarakterli turnirdə baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi ilə Georgi Edişeraşvili (57 kq), Əli Rəhimzadə (65 kq), Murtuzəli Müslimov, Gitinoməhəmməd Hacıyev (hər ikisi 70 kq), Mahal Novruzov (74 kq), Abubakr Abakarov (79 kq), Aleksandr Qostiyev, Murad Süleymanov (hər ikisi 86 kq), Şamil Zubairov (92 kq) və Aslanbek Alborov (97 kq) xalça üzərinə çıxacaqlar.
Ənənəvi yarışda ədalət təmsilçiləri qismində Olimpiya kateqoriyalı hakimlərimiz Hicran Şərifov və İntiqam Alıyev də yer alacaqlar.

İdman 2019-07-10 19:55:00