×
A
A
A
Sazlamalar

Budapeşt Qran-Prisində Azərbaycanı 12 cüdoçu təmsil edəcək

Bakı, 10 iyul, AZƏRTAC

İyulun 12-də Budapeştdə cüdo üzrə Qran-Pri turniri start götürəcək.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ölkəmizi yarışlarda kişilər arasında Tofiq Məmmədov, Oruc Vəlizadə (60 kq), İbrahim Əliyev (66 kq), Telman Vəliyev (73 kq), Araş Ağayi (81 kq), Tural Səfquliyev, Əliömər Tumayev (90 kq) təmsil edəcəklər.
Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinxorloo Munxtsedev (57 kq), İrina Kindzerska (+78 kq) mübarizə aparacaqlar.
Qran-Pri turnirində 85 ölkədən 600-dən çox tatami ustası qüvvəsini sınayacaq. Yarışlar iyulun 14-də başa çatacaq.

İdman 2019-07-10 18:47:00