Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib
Bakı, 25 iyun, AZƏRTAC
İyunun 25-də Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamına əsasən ali hərbi rütbələrlə təltif olunan Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Müdafiə nazirinin müvafiq əmri təntənəli şəkildə oxunub. Sonra hərbi qulluqçulara ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib.
Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran Müdafiə naziri onlara xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.
Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib
Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
Qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya daimi mənzillər verilib VİDEO
Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir