×
A
A
A
Sazlamalar

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda magistrantların yay imtahan sessiyası davam edir

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrantların yay imtahan sessiyası davam edir.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, iyunun 25-də imtahan kimyəvi kinetika və kataliz ixtisasından fotokimyəvi və zəncirvarı reaksiyalar fənni və neft-kimya proseslərinin riyazi modelləşdirilməsi ixtisasından kimyada təqribi həll üsulları fənni üzrə aparılıb.

 

Elm və təhsil 2019-06-25 16:50:00