×
A
A
A
Sazlamalar

Azərbaycan və İranın uşu üzrə yığma komandaları arasında beynəlxalq turnir keçiriləcək

Bakı, 25 iyun, AZƏRTAC
İyunun 27-28-də Azərbaycan və İranın uşu üzrə yığma komandaları arasında beynəlxalq turnir keçiriləcək.
AZƏRTAC Azərbaycan Uşu Federasiyasına istinadla xəbər verir ki, turnirdə yeniyetmələr arasında dəfələrlə uşu üzrə Azərbaycan çempionu olan Amin Elili (42 kq) və kişilər arasında 4 qat Avropa çempionu, İslam Oyunlarının gümüş və bürünc mükafatçısı Elçin Eminovla (60 kq) yanaşı, yeniyetmə, gənc və böyüklərdən ibarət 30 yaxın idmançı ölkəmizi təmsil edəcək.
Qeyd edək ki, yarışlarda idmançılarımız bütün yaş və çəki dərəcələrində mübarizə aparacaqlar.

 

İdman 2019-06-25 01:28:00