×
A
A
A
Sazlamalar

Bu gündən 185 və 194 nömrəli avtobuslar yeni hərəkət sxemi ilə fəaliyyət göstərir

Bakı, 22 iyun, AZƏRTAC

Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün yeni salınan yaşayış kompleksinin sakinlərinin ictimai nəqliyyatdan istifadəsi təmin edilib. Belə ki, bu gün səhərdən etibarən 185 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar yaşayış kompleksindən keçməklə hərəkət edirlər.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, tətbiq edilən dəyişiklik sayəsində artıq kompleks sakinləri Sabunçu rayon mərkəzi, “Neftçilər” metro stansiyası və 8-ci kilometr bazarı istiqamətinə birbaşa müntəzəm marşrut xəttindən istifadə edə bilirlər.
Həmçinin, bu gündən etibarən Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi sakinlərinin də ictimai nəqliyyatdan istifadə etmək istəkləri təmin olunub. Belə ki, 194 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Dadaş Bünyadzadə küçəsindən keçməklə sərnişinlərə xidmət göstərir.

Nəqliyyat 2019-06-22 12:35:00