×
A
A
A
Sazlamalar

Özəl şirkətlərə məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi artıb

Bakı, 20 iyun, AZƏRTAC

Bu ilin yanvar-may aylarında özəl şirkətlərə məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 5 ayda qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2,5 faiz artıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 81,1 faiz təşkil edib.

 

Nəqliyyat 2019-06-20 14:04:00