×
A
A
A
Sazlamalar

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Bakı, 18 iyun, AZƏRTAC 

Yaxın üç gün ərzində hava şəraitində ciddi dəyişiklik gözlənilmir. Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun 28-33° isti olacağı gözlənilir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
G.Məmmədova qeyd edib ki, əksər bölgələrdə hava əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və qərb rayonlarında yağış yağacağı proqnozlaşdırılır. Havanın temperaturunun 33-38°, dağlıq rayonlarda 20-25° isti olacağı ehtimalı var.

Ekologiya 2019-06-18 17:52:00