×
A
A
A
Sazlamalar

Cavid Çələbiyev: Ölkəmizi uğurla təmsil etməyə çalışacam VİDEO

Bakı, 18 iyun, Nicat Məmmədov, AZƏRTAC

“Ölkəmizi uğurla təmsil etməyə çalışacam. Artıq ikinci dəfədir ki, bu cür mötəbər yarışda iştirak edəcəm və məsuliyyətimi dərk edirəm”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirak edəcək boksçumuz Cavid Çələbiyev deyib.
Boksçumuz səfər barədə təəssüratlarını bölüşüb. Dövlətimizin idmana qayğısından danışan idmançımız II Avropa Oyunlarına yüksək həvəslə yollandıqlarını və qızıl medalla qayıdacaqlarına söz verdiklərini vurğulayıb.
C.Çələbiyev bildirib ki, yarışlara tam hazırdır. Federasiyanın, məşqçilərin və xalqın ehtimadını doğrultmağa çalışacaq.

İdman 2019-06-18 05:50:00

Video