×
A
A
A
Sazlamalar

Şahmat üzrə “Armaqeddon 2019” turnirinin qalibi müəyyənləşib

Bakı, 17 iyun, AZƏRTAC
Moskvada şahmat üzrə keçirilən “Armaqeddon 2019” turnirinin qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, yarışda 8 şahmatçı iştirak edib. Qələbə uğrunda rusiyalı şahmatçılar Vladimir Kramnik, Sergey Karyagin və Yan Nepomnyaşi mübarizə aparıblar. Superfinalın Sergey Karyagin-Yan Nepomnyaşi qarşılaşmasında Sergey iki partiyada qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycanı təmsil edən qrossmeyster Teymur Rəcəbov turnirin yarımfinal mərhələsində məğlub olaraq mübarizəni dayandırıb.

İdman 2019-06-17 17:30:00