×
A
A
A
Sazlamalar

Litvalı gimnast: Bakıda azarkeşlər gimnastlara güclü dəstək verirlər

Bakı, 26 may, Leyla Qurbanova, AZƏRTAC

Çıxışım pis alınmadı. Düzdür, bu cür nüfuzlu yarışlarda həyəcan çox olur, ona görə də bəzi səhvlərə yol verirsən. Azarkeşlər gimnastlara güclü dəstək verirlər ki, bu da çox vacibdir. Milli Gimnastika Arenasında çempionatın keçirildiyi zal möhtəşəmdir. Arenada yarışlardan qabaq məşq etmək üçün hər bir şərait yaradılıb.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində aerobika üzrə Bakıda keçirilən Avropa çempionatının iştirakçısı litvalı gimnast Qabriela Sturak deyib.
15 yaşlı gimnast Bakıda yarışlarda ilk dəfə çıxış etdiyini bildirib. “İlk dəfədir ki, Bakıdayam. Şəhər gözəldir, mehriban insanlarınız var. Yarışlar yüksək səviyyədə təşkil edilib. Burada hər bir gimnast onun üçün yaradılan imkandan bəhrələnməyə çalışır”.

İdman 2019-05-26 11:07:00