×
A
A
A
Sazlamalar

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

Bakı, 24 may, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - mayın 25-26-da səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində gündüz əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 25-30°, dağlıq rayonlarda 17-22° isti olacaq.
Lənkəran-Astara bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin mayın 26-da axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər duman olacaq. Havanın maksimal temperaturunun 20-25° isti olacağı ehtimal edilir.
Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturunun 28-33° isti olacağı proqnozlaşdırılır.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturunun 28-33° isti olacağı bildirilir.
Paytaxtda havanın dəyişkən buludlu və yağmursuz olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək, mayın 26-da arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturu 23-28° isti olacaq.

Ekologiya 2019-05-24 18:04:00