×
A
A
A
Sazlamalar

İsmayıllı Peşə Tədris Mərkəzində əmək yarmarkası təşkil olunub

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin İsmayıllı rayon Məşğulluq Mərkəzi və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İsmayıllı Peşə Tədris Mərkəzində əmək yarmarkası təşkil edilib.
Peşə Tədris Mərkəzindən AZƏRAC-a bildirilib ki, əmək yarmarkasında İsmayıllı rayonu üzrə qeydiyyatda olan işəgötürən təşkilatların, idarə və müəssisələrin rəhbərləri, iş adamları, iş axtaran vətəndaşlar və İsmayıllı Peşə Tədris Mərkəzinin məzunları iştirak ediblər.
Əmək yarmarkalarının keçirilməsi mərkəzin məzunlarının ixtisaslarına uyğun işlə təmin olunması və özəl sektorun nümayəndələrinin tədris mərkəzi ilə tanışlığı üçün əhəmiyyətlidir.

Elm və təhsil 2019-05-24 11:00:00