×
A
A
A
Sazlamalar

Polşa millisinin sabiq baş məşqçisi Kiyevin “Dinamo” klubunu çalışdıra bilər

Kiyev, 24 may, AZƏRTAC

Kiyevin “Dinamo” klubunun baş məşqçisi Polşanın futbol üzrə millisinin sabiq çalışdırıcısı Adam Navalkın olacağı gözlənilir.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, 61 yaşlı polşalı mütəxəssis yaxın vaxtlarda Kiyev klubunun rəhbərliyi ilə danışıqlara başlayacaq.
Əgər danışıqlar uğurla başa çatsa, çempionatın sonunda onunla müqavilə bağlanacaq, “Dinamo”nun hazırkı baş məşqçisi Aleksandr Xatskeviçlə müqavilə uzadılmayacaq.
Qeyd edək ki, Navalkın sonuncu iş yeri bu ilin martın 31-nə qədər Polşanın “Lex” klubu olub. O, 2013-2018-ci illərdə isə Polşa millisinin baş məşqçisi olub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

İdman 2019-05-24 08:16:00