×
A
A
A
Sazlamalar

XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə start verilib

Bakı, 23 may, AZƏRTAC

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK), Təhsil Nazirliyinin və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Olimpiya mədəniyyəti və təhsil” proqramında iştirak edən məktəblər arasında XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş “İdman – sağlamlıq, dostluq, birlik” mövzusunda rəsm müsabiqəsinə start verilib.
MOK-dan AZƏRTAC-a bildiriblər ki, müsabiqədə hər yaş qrupu üzrə I, II və III yerlərə layiq görülən işlərin müəllifləri Təhsil Nazirliyinin və Milli Olimpiya Komitəsinin diplom və hədiyyələri ilə mükafatlandırılacaq.
Müsabiqənin yekun sərgisi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində, daha sonra isə Avropa Gənclər Olimpiya Festivalı ərəfəsində Atletlər Kəndində nümayiş etdiriləcək.

İdman 2019-05-23 21:11:00