×
A
A
A
Sazlamalar

Azərbaycan-Rumıniya oyununu çexiyalı baş hakim idarə edəcək

Bakı, 23 may, AZƏRTAC

Mayın 25-də kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gümüş Avropa Liqasında ilk oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, yığmamız Azərbaycan Voleybol Mərkəzində Rumıniya millisini qəbul edəcək.
Oyunu çexiyalı Vlastimil Kovar idarə edəcək. Ona həmyerlimiz Konstantin Selin kömək edəcək.
“B” qrupunda yer alan millimiz Rumıniya yığması ilə yanaşı, Gürcüstan və Danimarka seçmələri ilə də qarşılaşacaq.

İdman 2019-05-23 18:50:00