×
A
A
A
Sazlamalar

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni kapitanı müəyyənləşib

Bakı, 23 may, AZƏRTAC

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni kapitanı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Qızıl Avropa Liqası yarışlarında çıxış edəcək millimizin kapitanı Ayşən Əbdüləzimova olacaq.
Yığmamızın baş məşqçisi Covanni Kaprara Odina Əliyevanı yığmaya dəvət etmədiyi üçün kapitan sarğısı A.Əbdüləzimovaya veriləcək.
Qeyd edək ki, Qızıl Avropa Liqası mayın 26-dan iyunun 15-dək davam edəcək. A.Əbdüləzimova son mövsümü Macarıstanın “Vaşaş” komandasına keçirib.

İdman 2019-05-23 17:38:00