×
A
A
A
Sazlamalar

Dörd ayda 436 minik avtomobili istehsal olunub

Bakı, 23 may, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında ölkədə 436 minik avtomobili istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 4 ayda 69,3 milyon manatlıq məhsul istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 76,7 faiz, maşın və avadanlıqların istehsalı 12,1 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 4,2 faiz azalıb.
Hesabat dövründə 451 traktor, 436 minik avtomobili istehsal olunub. Fəvvarə armaturunun istehsalı 53,7 faiz, ştanqlı quyu nasoslarının istehsalı isə 30,2 faiz artıb.

Nəqliyyat 2019-05-23 17:17:00