×
A
A
A
Sazlamalar

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

Bakı, 23 may, AZƏRTAC 

Mayın 23-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Əli Hüseynli gündəliyə “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsinin daxil olduğunu deyib. Bildirib ki, qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə və 96-cı maddəsinin altıncı hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydasını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Müzakirələr zamanı çıxış edən komitə üzvləri qanun layihəsini yüksək qiymətləndirib, qeyd və təkliflərini veriblər.
Sonda qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Daxili siyasət 2019-05-23 15:47:00