×
A
A
A
Sazlamalar

“Avro 2022” ilə bağlı qərar Bakıda qəbul ediləcək

Bakı, 23 may, AZƏRTAC

Mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Həmin gün paytaxtımızda ilk dəfə olaraq UEFA İcraiyyə Komitəsinin iclası da baş tutacaq.
Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a bildiriblər ki, iclasın gündəlik məsələlərindən biri də futzalla bağlıdır. Belə ki, final mərhələsi 2022-ci ildə keçiriləcək Avropa çempionatının formatı ilə bağlı qərar qəbul ediləcək.
Qeyd edək ki, artıq Avropa çempionatı 4 ildən bir keçiriləcək və 2022-ci ildə baş tutacaq final mərhələsində əvvəlki kimi 12 yox, 16 komanda mübarizə aparacaq.

İdman 2019-05-23 14:56:00