×
A
A
A
Sazlamalar

Xüsusi olimpiyaçılarımız beynəlxalq futbol turnirində iştirak etmək üçün Hollandiyaya yola düşüblər

Bakı, 23 may, AZƏRTAC

Mayın 24-də Hollandiyanın Tilburq şəhərində xüsusi olimpiyaçılar arasında beynəlxalq futbol turniri start götürəcək.
Azərbaycan Xüsusi Olimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, turnirdə ölkəmizi qızlardan ibarət futbol komandası təmsil edəcək. Komandamız yarışlarda iştirak etmək üçün artıq Hollandiyaya yola düşüb.
Turnirə mayın 27-də yekun vurulacaq.

İdman 2019-05-23 14:46:00