×
A
A
A
Sazlamalar

UEFA İcraiyyə Komitəsinin Bakıda keçiriləcək iclasının gündəliyi açıqlanıb

Bakı, 22 may, AZƏRTAC
Mayın 29-da Bakıda keçiriləcək UEFA İcraiyyə Komitəsi iclasının gündəliyi açıqlanıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, İcraiyyə Komitəsi gündəliyinə 2021-ci ildə UEFA qadınlararası Çempionlar Liqasının ev sahibinin müəyyənləşdirilməsi; müxtəlif yarışların və texniki qaydaların təsdiqi; futzal üzrə UEFA Avropa çempionatı 2020/2022; 2019/2020-ci illər UEFA Avropa U-17 və U-19 çempionatları; 2019/2020-ci illər UEFA Avropa qadınlararası U-17 və U-19 çempionatları; UEFA İntizam qaydaları (2019 buraxılışı); UEFA Təhlükəsizlik qaydaları (2019 buraxılışı); UEFA Klubların maliyyə nəzarəti orqanının prosedur qaydaları (2019 buraxılışı); turnirlərin əsasnamələri – oyun qaydalarına adaptasiya; UEFA Avropa gənclər çempionatlarının formatı; Reynhart Qrindelin UEFA vitse-prezidenti və FIFA İcraiyyə Komitəsi üzvlüyündən azad olunması; UEFA Grassroots mükafatı 2019 daxildir.
Xatırladaq ki, UEFA İcraiyyə Komitəsinin iclası Bakıda tarixdə ilk dəfə təşkil olunacaq.

İdman 2019-05-22 22:30:00