AMADA-nın və Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı ilə seminar keçirilib
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) və Azərbaycan Badminton Federasiyasının (ABF) birgə təşkilatçılığı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.
AZƏRTAC ABF-nin saytına istinadla xəbər verir ki, tədbirdə dinləyici qismində badminton üzrə milli komandamızın üzvləri, məşqçilər və federasiya rəsmiləri iştirak ediblər.
Seminarda antidopinq qayda pozuntuları, dopinq təhlükələri, dopinq nəzarəti prosesi haqda idmançılara ətraflı məlumat verilib.
Təhsil və təlim üzrə menecer Lalə Hacıyeva bu sahədə mövcud qaydalardan və onlara riayət olunmayacağı təqdirdə tətbiq ediləcək cəzalardan danışıb. Bildirilib ki, idmançılar istənilən yerdə hər an heç bir xəbərdarlıq olmadan dopinq testindən keçirilə bilər. Qaydalara əsasən idmançı antidopinq qaydalarına riayət etməli, qadağan edilmiş maddə və üsullardan istifadə olunmamasını təmin etməli, müalicəni antidopinq qaydalarına zidd şəkildə aparılmadığına əmin olmalı, məkan məlumatını təmin etməlidir.
Sonra iştirakçıların sualları cavablandırılıb.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir