×
A
A
A
Sazlamalar

Bu il dəmir yolu ilə 1 milyon sərnişin daşınıb

Bakı, 22 may, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında dəmir yolu nəqliyyatı ilə 1 milyon sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 19,9 faiz artım müşahidə olunub.
Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 269 vaqon yüklənib, 397 vaqon isə boşaldılıb.
Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 10,4 min ton, qərb istiqaməti üzrə 4,3 min ton, cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib.

Nəqliyyat 2019-05-22 14:16:00