×
A
A
A
Sazlamalar

Bakıda Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın növbəti iclası keçiriləcək

Bakı, 22 may, AZƏRTAC
Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın növbəti iclası cari ilin 23-24 may tarixlərində Bakı şəhərində keçiriləcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclas Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliyanın rəhbərliyi ilə təşkil olunacaq.

Xarici siyasət 2019-05-22 12:21:00