×
A
A
A
Sazlamalar

Tələbələr Azərbaycanda dini tolerantlıq mədəniyyəti barədə məlumatlandırılıb

Bakı, 22 may, AZƏRTAC
AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri, professor Sakit Hüseynov Bakı Slavyan Universitetinin (BSU) tərcümə fakültəsinin tələbələrinə “Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik” mövzusunda mühazirə oxuyub.
BSU-dan AZƏRTAC-a bildirilib ki, mühazirədə Sakit Hüseynov tolerantlıq ideyası və fəlsəfəsi, Azərbaycan xalqının tolerantlıq ənənələri barədə məlumat verib. O, ölkəmizdə dini tolerantlıq mədəniyyətinin yüksəldilməsində ulu öndər Heydər Əliyevin rolunu xüsusi qeyd edib, Prezident İlham Əliyevin bu sahədə fəaliyyətindən söz açıb.
Sakit Hüseynov müəllifi olduğu “Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik” monoqrafiyasında ölkəmizdə tarixən müvafiq mədəniyyətin formalaşması, İslam dininin Qafqazda, o cümlədən Azərbaycanda yayılması, onun tarixən tolerant din olması barədə maraqlı faktları diqqətə çatdırıb.
Sonda tələbələrin sualları cavablandırılıb.

Elm və təhsil 2019-05-22 05:57:00