×
A
A
A
Sazlamalar

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Bakı, 21 may, AZƏRTAC 

Ukraynanın Odessa şəhərində karatenin Goju-Ryu növü üzrə dünya çempionatı keçirilib.
Yarışda Azərbaycan yığma komandasının tərkibində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) informasiya texnologiyaları və idarəetmə fakültəsinin 2-ci kurs tələbəsi Ayxan Məişzadə də iştirak edib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, 52+ kiloqram çəki dərəcəsində çıxış edən Ayxan Məişzadə bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.
Otuz nəfərə yaxın idmançımızın iştirak etdiyi turnirdə ümumilikdə 8 qızıl, 5 gümüş, 7 bürünc medal qazanılıb.
Qeyd edək ki, 5 yaşından karate ilə məşğul olan Ayxan Məişzadə indiyədək bir çox respublika və beynəlxalq səviyyəli turnirlərdə uğurla çıxış edib.

Elm və təhsil 2019-05-21 22:22:00