×
A
A
A
Sazlamalar

Azərbaycan atletləri Çində beynəlxalq turnirdə mübarizə aparacaqlar

Bakı, 21 may, AZƏRTAC

Mayın 21-də Çinin Nancinq şəhərində atletikanın bütün növləri üzrə beynəlxalq turnir keçiriləcək.
Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, “2019 Nanjing World Challenge” turnirində Azərbaycanı Nazim Babayev (üç təkanla tullanma) və Anna Skidan (çəkicatma) təmsil edəcəklər.
Qeyd edək ki, Nazim Babayev bir neçə gün əvvəl Yaponiyanın Osaka şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb. Anna Skidan isə turniri altıncı pillədə başa vurub.

İdman 2019-05-21 18:44:00