×
A
A
A
Sazlamalar

Təlimlərdə qoşunların yerdəyişməsi, qüvvələrin ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunub

Bakı, 21 may, AZƏRTAC 

Genişmiqyaslı əməliyyat-taktiki təlimlərin rəhbərinin qəbul etdiyi qərara əsasən, qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, zərbə qruplaşmalarının yaradılması və müəyyənləşdirilən istiqamətlərdə tətbiqinə hazırlanması, cəbhə və ordu aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin niyyətinə uyğun olaraq əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqları yerinə yetirirlər.

Ordu 2019-05-21 17:08:00