×
A
A
A
Sazlamalar

Azərbaycan kuboku yarışlarının final oyununa təyinatlar açıqlanıb

Bakı, 21 may, AZƏRTAC

Futzal üzrə Azərbaycan kuboku yarışlarının final oyununa təyinatlar açıqlanıb.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, mayın 23-də keçiriləcək final oyununda EKOL və “Advokat” komandaları qarşılaşacaqlar.
Oyunun baş hakimi Hikmət Qafarlı olacaq. Ona Fuad Həsənov və Rahin Heybətov kömək edəcəklər.
Bakı İdman Sarayında keçiriləcək oyuna saat 14:30-da start veriləcək.

İdman 2019-05-21 17:05:00