×
A
A
A
Sazlamalar

Azərbaycanla Yaponiya arasında potensial əməkdaşlıq imkanları müzakirə olunub

Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri, ITOCHU Korporasiyasının sədr müavini Yoiçi Kobayaşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin noyabrda keçiriləcək növbəti iclasına hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Ekologiya 2019-05-21 15:43:00