×
A
A
A
Sazlamalar

Vensan Kompani “Mançester Siti”dən ayrılacağını elan edib

Bakı, 20 may, AZƏRTAC
İngiltərənin “Mançester Siti” klubunun kapitanı Vensan Kompani komandadan ayrılacağını elan edib.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, Kompani müqaviləsini yeniləməyəcəyi və klubdan ayrılacağı bildirilib.
Otuz üç yaşlı belçikalı futbolçu İngiltərə kubokunun finalında “Vatford”u 6:0 hesab ilə məğlub etdiyi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
Kompani 2008-ci ildən “Mançester Siti” klubunun şərəfini qoruyur. O, Almaniyanın “Hamburq” klubundan 6 milyon avroya transfer edilib.
Belçikalı “şəhərlilər”in heyətində 265 oyunda meydana çıxıb və onların 18-də meydanı fərqlənərək tərk edib.
Kompaninin müqaviləsi mövsümün sonunda başa çatacaq.

İdman 2019-05-20 17:33:00