Peşə təhsili müəssisələrində cari vəziyyət və prioritetlər müzakirə olunub
Bakı, 18 may, AZƏRTAC
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsili müəssisələrində cari vəziyyət, problemlər, qarşıdakı prioritetlər” mövzusunda tədbir keçirilib.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə peşə təhsili müəssisələrində işəgötürənlərlə əməkdaşlığın qurulması, büdcədənkənar vəsaitlərin cəlb olunması, peşə təhsili müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması və müasir tələblər səviyyəsində qurulması mövzusunda çıxışlar dinlənilib.
Tədbirin sonunda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov çıxış edərək müvafiq sahədə görülmüş işlər, mövcud problemlər və qarşıda duran prioritetlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır