×
A
A
A
Sazlamalar

İtaliyalı məşqçi: Milli Gimnastika Arenasında çox gözəl şərait yaradılıb

Bakı, 18 may, AZƏRTAC
Bakıda bədii gimnastika üzrə Avropa çempionatının iştirakçıları üçün bütün şərait yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri bədii gimnastika üzrə İtaliya milli komandasının məşqçisi Culyetta Kantaluppi jurnalistlərə müsahibəsində deyib.
Qrup hərəkətləri komandasının 5 halqa ilə çıxışından razı qalan italiyalı mütəxəssis deyib: “Komanda qrup hərəkətlərdə daha yaxşı çıxış edə bilərdi. Amma məni qane etdi. İstəyirəm ki, onlar lentlə hərəkətlərdə diqqətlərini cəmləsinlər və səhvsiz çıxış etsinlər”.
Məşqçi əlavə edib ki, Milli Gimnastika Arenasında çox gözəl şərait yaradılıb.
Mayın 19-da yekun vurulacaq çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənclərdən ibarət komandalar çıxış edirlər. Çempionata 35 ölkədən gimnastlar qatılıblar.
Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.

İdman 2019-05-18 13:02:00