×
A
A
A
Sazlamalar

MEK-də ölkə rəhbəri ilə bağlı sənəd kolleksiyasının təqdimatı olub

Bakı, 17 may, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) Prezident İlham Əliyev haqqında yazılan sənəd kolleksiyasının təqdimatı keçirilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimində direktor Leyla İmanova kitabxananın ilk oxucu kartının sahibi, Prezident İlham Əliyev haqqında yazılan sənəd kolleksiyasının sərgi salonunda daimi nümayiş olunduğunu və mütəmadi olaraq kolleksiyanın elektron resurslarla zənginləşdirildiyini söyləyib. Qeyd edib ki, kolleksiya 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin seçkiləri ərəfəsində informasiya dəstəyi olaraq oxucuların istifadəsinə verilib.
Sonra MEK-in istifadəçilərə xidmət və nəzarət bölməsinin əməkdaşı Həmidə Müzəffərli kolleksiyada yer alan kitab, sənəd və elektron resurslara dair məlumat verib. Bildirib ki, kolleksiyada Azərbaycan və xarici dillərdə 300-ə yaxın çap və elektron formatda müxtəlif sənədlər mövcuddur. Həmidə Müzəffərli kolleksiyada oxucuların diqqətini çəkən bir çox kitabların məzmunu haqqında da məlumat verib. Həmin kitablarda ölkəmizin daxili və xarici siyasət strategiyası, milli dövlətçiliyə doğru keçdiyi tarixi yol və s. məsələlərin geniş təhlil edildiyini qeyd edib.
Tədbirdə digər çıxış edənlər kolleksiyadakı kitabların gənc tədqiqatçılar üçün zəngin məlumat mənbəyi kimi dəyərləndiriblər.

Elm və təhsil 2019-05-17 18:46:00