İngiltərəli turist: Formula 1 Azərbaycan Qran-Prisi digər yarışlardan möhtəşəmliyi ilə fərqlənir
Bakı, 26 aprel, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisi möhtəşəmliyi ilə digər yarışlardan fərqlənir.
Bu sözləri Formula 1 SOCAR Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gələn ingiltərəli turist Cemi Sleksmet AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Ölkəmizə ikinci dəfə gəldiyini vurğulayan C.Sleksmet azərbaycanlıların qonaqpərvər və gülərüz olduqlarını diqqətə çatdıraraq bildirib ki, şəhər traslarında yarış həmişə maraqlı olur. Ensiz və uzun yollarda bolidlərin mübarizəsi məni valeh edir. Ümid edirəm ki, gələn il təşkil olunacaq yarışa da gələcəyəm. Əyləncə zonasında çox gözəl şərait yaradılıb.
Azərbaycan mətbəxinin zənginliyindən məftunluqla söz açan ingiltərəli turist deyib: “Özünəməxsus və dadlı milli xörəkləriniz var. Bakı həm Şərq, həm də Qərb mədəniyyətinin elementlərini görmək olar. Möhtəşəm binalar və dənizkənarı park insanı valeh edir”.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir