×
A
A
A
Sazlamalar

Maks Ferstappen: Bakıda çəkilən fotoşəkillər əla alınır

Bakı, 23 aprel, AZƏRTAC

“Red Bull” pilotu Maks Ferstappen qarşıdakı Formula 1 Azərbaycan Qran-Prisi haqqında mülahizələrini bölüşüb.
AZƏRTAC komandanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Ferstappen qeyd edib: “Bakıda yürüş yetərincə maraqlı olur, çünki o, küçə trasında keçirilir. Adətən küçə trasında yüksək səviyyədə güc sərf etmək istəyirsən. Lakin döngələr arasında uzun düz yollar səbəbindən kompromis axtarmaq lazım gəlir. Yəni, sürət dəyişməsi kifayət qədər aşağı olduğunda maşın bir az sürüşür.
Bu cür trasda, xüsusən Qala yaxınlığındakı sahədə bolidi idarə etmək çox əyləncəlidir. Ora çox darısqaldır, amma sonra yaxşı fotoşəkillər alınır. Uzun düz yollar və DRS zonası sayəsində bu trasda ötüb keçmə əməliyyatı asandır.
Bakıda uik-end maraqlıdır, bir çox şeylər ola bilər. Ümidvaram ki, bu il yürüş uğurlu olacaq”.

İdman 2019-04-23 19:12:00