×
A
A
A
Sazlamalar

“Çelsi” klubunun hücumçusu üçün mövsüm erkən başa çatıb

Bakı, 23 aprel, AZƏRTAC

Londonun “Çelsi” futbol klubunun hücumçusu üçün mövsüm erkən başa çatıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 18 yaşlı hücumçu Kallum Hadson-Odoi London klubunun “Börnli” ilə görüşünün 41-ci dəqiqəsində ayağından zədələnib. İngiltərəli hücumçunun durumu tibbi müayinədən sonra məlum olacaq. Gənc futbolçunun zədəsinin ciddi olduğu səbəbindən mövsümü erkən başa vuracağı gözlənilir.
Qeyd edək ki, Kallum Hadson-Odoi cari mövsümdə “Çelsi” klubunun heyətində keçirdiyi 29 matçda 6 qol vurub və 7 məhsuldar ötürmə edib.

İdman 2019-04-23 14:24:00