×
A
A
A
Sazlamalar

Builki Formula 1 yarışı SOCAR Azərbaycan Qran-Prisi adı altında keçiriləcək

Bakı, 23 aprel, AZƏRTAC

SOCAR aprelin 26-28-də Bakıda növbəti dəfə keçiriləcək Formula 1 yarışlarının tərəfdaşıdır.
AZƏRTAC xəbər verir ki, SOCAR Formula 1 kimi dünya səviyyəli bir tədbirdə tərəfdaş kimi çıxış etməklə beynəlxalq səviyyədə milyonlarla avtoidman azarkeşinə öz brendini tanıdacaq.
Şirkətin adı yarışın adına əlavə ediləcək və yarışlar beynəlxalq avtoidman auditoriyasına canlı təqdim olunacaq.

İdman 2019-04-23 12:25:00