Bədii gimnastımız Arzu Cəlilova iplə hərəkətlərdə bürünc medal qazanıb
Bakı, 21 aprel, AZƏRTAC
Bədii gimnastımız Arzu Cəlilova aprelin 21-də Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirində iplə yarışlarda bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, münsiflər heyəti təmsilçimizin çıxışını 17.350 balla qiymətləndiriblər. Digər gimnastımız Nərminə Səmədova isə 16.900 xalla 6-cı olub.
Rusiyalı gimnast Anastasia Simakova 18.600 balla birinci yeri tutub. Eyni xala malik italiyalı Sofia Raffaeli isə gümüş medala sahib çıxıb. O, əlavə göstəricilərə görə Rusiya təmsilçisindən geri qalıb.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir