×
A
A
A
Sazlamalar

Stolüstü tennisçilərimiz Budapeştdə dünya çempionatına qatılıblar

Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 21-də Macarıstanın paytaxtı Budapeşt şəhərində stolüstü tennis üzrə dünya çempionatı start götürüb.
Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışlarda ölkəmizi qadın və kişilərdən ibarət komandalar təmsil edir. Stolüstü tennisçilərimiz şəxsi yarışlarda medallar uğrunda mübarizə aparırlar.
Dünya çempionatına aprelin 28-də yekun vurulacaq.

İdman 2019-04-21 13:20:00