Qadınlar arasında şahmat üzrə Avropa çempionatında X turun oyunları başlayıb
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 21-də Antalyada qadın şahmatçılar arasında Avropa çempionatının onuncu turunun oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçılarından Günay Məmmədzadə (6 xal), Türkan Məmmədyarova (6 xal), Ülviyyə Fətəliyeva (5,5 xal), Xanım Balacayeva (5,5 xal), Fidan Ağasıyeva (3,5 xal) doqquzuncu turda qələbə qazanıblar. Xəyalə Abdulla (5 xal), Zeynəb Məmmədyarova (4,5 xal), Gövhər Beydullayeva (4,5 xal) heç-heçə ediblər. Gülnar Məmmədova (4,5 xal), Nərmin Söyünlü (4 xal) isə məğlub olublar.
Doqquz turdan sonra 7,5 xal toplayan ukraynalı şahmatçı İnna Gaponenko ilk pillədədir.
On bir turdan ibarət yarışda 32 ölkədən 130-dan çox şahmatçı mübarizə aparır. Ölkəmizi yarışda 10 şahmatçı təmsil edir. Turnir cədvəlinin reytinq favoriti rusiyalı Aleksandra Qoryaçkinadır (2534).
Turnirin ümumi mükafat fondu 60 min avrodur.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir